Əsas səhifə » Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Tasnim İsmixan

Bakı. VOA:

Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.

Bu barədə VOA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

“Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilmişdir.

banner

Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə nazirlik bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice