Əsas səhifə » Həbs edilən erməni separatçıları ilə bağlı cinayət işi istintaqı başa çatıb – Baş prokuror

Həbs edilən erməni separatçıları ilə bağlı cinayət işi istintaqı başa çatıb – Baş prokuror

Naile Babazade

Bakı, AzerVoice

Həbs edilən erməni separatçıları ilə bağlı cinayət işi istintaqı başa çatıb.

AzerVoice xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda jurnalistlərıə deyib.

O qeyd edib ki, istintaq hərəkətlərinin aparılması başa çatıb.

banner

“Artıq cinayət işinin materialları ilə tanış olma mərhələsidir. Anaq bu mərhələ kifayət qədər uzun vaxt tələb edir. Çünki zərərçəkmişlər həddən artıq çoxdur və eyni zamanda təqsirləndirilən şəxslərin hüquqları beynəlxalq konvensiyalara və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin olunur. Onların hər birinin bir neçə vəkili var, onların hüququ var ki, materiallarla tanış olsunlar, çünki ittihamlar kifayət qədər ciddi ittihamlardır, separatçılıqla bağlı ittihamlardır, bizim tarixi-mədəni abidələrin məhvi ilə bağlı ittihamlardır”, – deyə o bildirib.

Baş prokuror qeyd edib ki, bütün bu proseslər başa çatdıqdan sora iş məhkəməyə göndəriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice