Əsas səhifə » Fransanın hər zaman mövqeyi ermənipərəst olub – Nazir

Fransanın hər zaman mövqeyi ermənipərəst olub – Nazir

Aytac Suleymanova

Bakı. AzerPress:

Azərbaycan Fransa münasibətlərinin mövcud vəziyyəti 30 illik münasibətlərin ən aşağı nöqtəsindədir.

AzerPress-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Bunun səbəbkarı Azərbaycan olmayıb. Əksinə biz hər zaman münasibətlərin inkişafı üçün real addımlar atmışıq. Fransanın hər zaman mövqeyi ermənipərəst olub.

banner

Fransanın uzun müddət vasitəçi rolu olarkən kifayət qədər məharətlə öz ermənipərəst mövqeyini gizlədə bilib. 2020-ci il Vətən Müharibəsindən sonra öz mövqeyini gizlədə bilməyib. Fransanın ermənispərəst mövqeyi anti-Azərbaycan mövqeyinə qədər inkişaf edib”,- deyə nazir qeyd edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice