Əsas səhifə » Fransada qazıntı zamanı 200 il əvvələ aid içində məktub olan şüşə tapılıb

Fransada qazıntı zamanı 200 il əvvələ aid içində məktub olan şüşə tapılıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Fransanın şimalında arxeoloji qazıntı aparan bir qrup könüllü tələbə içində məktub olan şüşə tapıb.

AzerVoice xəbər verir ki, Guillaume Blondelin rəhbərlik etdiyi araşdırma qrupu, Dieppe yaxınlığındakı qayalıqlarda Qalya kəndinin xarabalıqları üzərində qazıntı işləri aparıb.

Guillaume Blondel, tapdıqları şüşənin qadınların boyunlarına asdığı ​​və bəzək kimi daşıdıqları kiçik şüşə butulkalara bənzədiyini bildirib.

banner

Blondel məktubda “Dippedən olan və müxtəlif ziyalı icmalarının üzvü P.J.Féret 1825-ci ilin yanvarında burada qazıntılar apardı. O, Cité de Limes və ya Sezar düşərgəsi kimi tanınan bu geniş ərazidə tədqiqatlarını davam etdirir.”- deyə yazıldığını deyib.

O dövrün bələdiyyə qeydlərinə əsasən deyə bilərik ki, Féretin ərazini ilk dəfə 200 il əvvəl qazmağa başlayıb.

Blondel, hadisə ilə bağlı təssüratlarını bölüşərək “bu, tamamilə sehrli bir an idi. Biz burada keçmişdə qazıntı işləri aparıldığını bilirdik, lakin 200 il əvvələ aid bu mesajla rastlaşmaq tamamilə sürpriz oldu” – deyib.

Arxeologiyada belə hadisələrə nadir hallarda rast gəlindiyini deyən Blondel bildirib ki, “arxeoloqlar bütün işləri özləri həll etmək istəyirlər, kimlərinsə gəlib onların başladığı tədqiqatı tamamlamalarını istəmirlər. Ona görədə gələcəyə məktub buraxmırlar “.

“Qazıntı işləri Dieppenin şimalında yerləşən ərazidə qayalıqların aşınması səbəbindən başlamışdı. İndiyə qədər eroziya səbəbindən Qalyalı kəndinin əhəmiyyətli hissəsi dağıldı.

Biz burada Qalyalı kəndinin olduğunu bilirdik. Lakin bu kəndin necə bir kənd olduğunu bilmirdik. Görəsən vacib bir yer idimi? bunu da bilmirik” -deyə Blondel bildirib.

Qeyd edək ki, qazıntının ilk həftəsində 2000 il əvvələ, Qalya dövrünə aid saxsı qablar tapılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice