Bakı, AzerVoice
Fransanın Meurthe-et-Moselle əyalətində iki hərbi təyyarə havada toqquşaraq qəzaya uğrayıb.
AzerVoice xəbər verir ki, bu barədə Fransa mətbuatı paylaşım edib.
Haute-Marnedəki Saint-Dizier hava bazasındakı Rafale donanmasına aid olduğu bildirilən təyyarələrdən birini idarə edən pilotun özünü havadan atdığı qeyd edilib. Digər təyyarədə olan təlimatçı və tələbə pilotun axtarışlarının davam etdiyi açıqlanıb.
Meurthe-et-Moselle Qubernatorluğundan verilən açıqlamada, hərbi təyyarələrin qarışdığı qəzadan sonra əməliyyat mərkəzinin fəaliyyətə başladığı və hərbi qüvvələrin dəstəyi ilə axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.
Qubernatorluğun açıqlamasında qəza ilə bağlı hər hansı can itkisi məlumatı yer almayıb.
Hafiz Rufizoğlu