Bakı, AzerVoice
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri başa çatıb.
AzerVoice -ın məlumatına görə, yarışda 11 komanda iştirak edib.
Məlumata görə, komandalardan ikisi yarış zamanı qəza və avtomobildə yaranan problem səbəbindən mübarizəni dayandırıb.
XXX
11:00
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb.
AzerVoice -ın məlumatına görə, yarışda 11 komanda iştirak edir.
Qeyd edək ki, bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.
Trend-in məlumatıma görə, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.
Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.