Əsas səhifə » “Financial Times” qəzeti 2024-cü il üzrə proqnozlarını açıqlayıb

“Financial Times” qəzeti 2024-cü il üzrə proqnozlarını açıqlayıb

Tasnim İsmixan

Bakı. AzerPress:

“Financial Times” nəşri 2024-cü il üzrə proqnozlarını açıqlayıb.

AzerPress xəbər verir ki, nəşr ABŞ-nin keçmiş prezidenti Donald Trampın seçkilərdə məğlub olacağını bildirib.

Nəşrin proqnozlarına görə, seçkilərdə ABŞ-nin hazırki prezidenti Co Bayden qələbə qazanacaq.

banner

Bununla yanaşı, müəlliflər Trampın ən azı bir cinayət işinə görə mühakimə olunacağını proqnozlaşdırır.

Agentlik ABŞ və Avropa İttifaqının Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsrail-HƏMAS müharibəsinin Yaxın Şərqdə irimiqyaslı münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırıb.

Nəşrin müəllifləri həmçinin, amerikalı milyarder İlon Maskın sahib olduğu “X” sosial şəbəkəsinin müflis olacağını bildirib.

Qeyd olunub ki, agentliyin 2023-cü il üzrə 20 proqnozunun yalnız 3-ü düz çıxmayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice