Əsas səhifə » FETÖ ilə əlaqəli olduğu aşkarlanan polis əməkdaşları vəzifədən uzaqlaşdırılıb – Ali Yerlikaya

FETÖ ilə əlaqəli olduğu aşkarlanan polis əməkdaşları vəzifədən uzaqlaşdırılıb – Ali Yerlikaya

Hafiz Rufizoglu

Bakı. AzerPress:

FETÖ ilə əlaqəli olduğu aşkarlanan polis əməkdaşları vəzifədən uzaqlaşdırılıb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

“Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəqəmsal materiallar üzərində apardığı araşdırmalar çərçivəsində FETÖ ilə əlaqədə olduğu təsbit edilən 445 aktiv polis məmuru vəzifəsindən uzaqlaşdırılıb.” – deyə nazir qeyd edib.

banner

O bildirib ki, həmin şəxslər barəsində araşdırma başladılıb.

“Terror təşkilatları və onların işbirlikçilərinə qarşı mübarizəmizi tərəddüd etmədən davam etdirəcəyik”- deyə Ali Yerlikaya qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice