Bakı, AzerVoice
2015-ci ildə İordan çayının qərb sahilində fələstinli Devabişe ailəsindən bir körpə də daxil olmaqla üç nəfəri yandıraraq öldürən fanatik israilli Amiram Ben-Uliel “humanitar səbəblərdən” dolayı təkadamlıq kameradan çıxarılacağı bildirilib.
AzerVoice xəbər verir ki, İsrail mətbuatına görə, fələstinli Devabişe ailəsinin üzvlərini yandıraraq öldürməkdə təqsirli bilinən Ben-Ulielin təkadamlıq kameradan azad edilməsinə qərar verildiyi bildirilib.
Xəbərdə İsrailin işğalı altındakı İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığındakı Duma qəsəbəsində yaşayan bir ailənin evini yandıraraq biri 18 aylıq körpə olmaqla 3 fələstinlini qətlə yetirən Ben-Urielin, “humanitar səbəblərə görə” təkadamlıq kameradan azad edilərək “dindar yəhudilər” üçün ayrılmış bölməyə köçürüləcəyi bildirilib.
Xəbərdə həmçinin qeyd olunub ki, Ben-Uriel haqqındaki bu qərar İsrailin daxili kəşfiyyat təşkilat idarəsi Şin-Bet və bəzi sionist ravvinlərin birgə səylərinin nəticəsidir.
Qeyd edək ki, İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığındakı Duma qəsəbəsində yerləşən Devabişe ailəsinin evi 2015-ci il iyulun 31-də səhər saatlarında Fələstin torpaqlarını qəsb edən fanatik israillilər tərəfindən yandırılmışdı.
Hadisədə ailənin 18 aylıq körpəsi Əli Devabişə və valideynləri həyatını itirmişdi. Devabişe ailəsindən yalnız dörd yaşlı Əhməd sağ qalmışdı.
Fələstinlilərin torpaqlarını qəsb edən fanatik israilli Amiram Ben Uriel 2020-ci ildə yekunlaşan məhkəmə işində üç qətlə görə üç ömürlük, adam öldürməyə cəhdə görə 17 il və yandırma cinayətinə görə 10 il həbs cəzasına məhkum edilmişdi.
Xatırladaq ki, məhkəmədəki hakimlər yekdilliklə Ben Urielin “ifadəsinin işgəncə altında alındığı” iddiasını rədd etmişdilər.
Onu da əlavə edək ki, Ben Urielin müdafiəçilərindən biri olan İtamar Ben-Qvir İsrail siyasətində hakim tərəfdaş olan Yəhudi Gücü Partiyasının lideridir və eyni zamanda İsraildə hüquq-mühafizə orqanlarına cavabdeh olan Milli Təhlükəsizlik Naziridir.