Əsas səhifə » Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür – XİN rəhbəri

Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür – XİN rəhbəri

Laman Asadli

Bakı. AzerPress:

Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.

AzerPress xəbər verir ki, bu barədə xarici işlər naziir Ceyhun Bayramov ATƏT-in Baş Katibi Helqa Şmid ilə görüşü zamanı deyib.

Nazir qeyd edib ki, bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.

banner

Xatırladaq ki, noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak və çıxış edib, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Digər Kateqoriyalar

2023 © AzerVoice