Əsas səhifə » Ərdoğan NATO sammitində iştirak edəcək

Ərdoğan NATO sammitində iştirak edəcək

Fərid Mikayilov

Bakı,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona rəsmi səfər edib.

AzerVoice xəbər verir ki, NATO Atlantika Şurasının dövlət və hökumət başçılarının sessiyasında Ərdoğan da iştirak edəcək.

Prezident Ərdoğan həm iştirak etdiyi iclaslarda, həm də liderlərlə görüşlərində İsrailin Qəzzada törətdiyi qətliamın dayandırılması üçün atılması lazım olan addımları da gündəmə gətirəcək.

banner

Həmçinin, ABŞ prezidenti Co Baydenin Ağ Evdə liderlər və onların həyat yoldaşlarının şərəfinə verəcəyi şam yeməyinə prezident Ərdoğan da qatılacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice