Əsas səhifə » Ərdoğan Qətərə səfər edəcək

Ərdoğan Qətərə səfər edəcək

Tasnim İsmixan

Bakı. AzerPress:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 4-də Qətərə iki günlük səfər edəcək.

AzerPress xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını müzakirə edəcək.

banner

Səfər zamanı iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri gündəmdə olacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice