Əsas səhifə » Ərdoğan partlayışlarla bağlı İrana başsağlığı verib

Ərdoğan partlayışlarla bağlı İrana başsağlığı verib

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kirman vilayətində baş verən partlayışlarla bağlı İrana başsağlığı verib.

AzerPress xəbər verir ki, o bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

“İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, – deyə o bildirib.

banner

Qeyd edək ki, bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə iki ardıcıl partlayış baş verib. Hadisə nəticəsində indiyədək azı 103 nəfərin öldüyü, 141 nəfərin yaralandığı bildirilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice