Əsas səhifə » Ərdoğan Özbəkistana rəsmi səfər edəcək

Ərdoğan Özbəkistana rəsmi səfər edəcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün sabah Özbəkistanın paytaxtı Daşkəndə rəsmi səfər edəcək.

AzerPress xəbər verir ki, sammitdə iqtisadi əlaqələrlə yanaşı, İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması məsələləri də müzakirə olunacaq.

Məlumata əsasən, üzv ölkələr arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün atılacaq addımlar müəyyən ediləcək.

banner

Bundan əlavə, sammit çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıqlar, Xəzər Şərq-Qərb Mərkəzi Dəhliz Təşəbbüsü, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son inkişaflar müzakirə olunacaq.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice