Əsas səhifə » Ərdoğan Mitsotakis ilə regional məsələləri müzakirə edib

Ərdoğan Mitsotakis ilə regional məsələləri müzakirə edib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün getdiyi ABŞ-ın paytaxtı Vaşinqtonda Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüş zamanı Ərdoğan Türkiyənin Yunanıstanla mehriban qonşuluq prinsipinə əsaslanan həmrəylik ruhunu inkişaf etdirmək üçün səylərini davam etdirdiyini və bunun getdikcə davam edəcəyini bildirib.

Görüşdə xarici işlər naziri Hakan Fidan və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak edib.

banner

Ərdoğan həmçinin, Ukrayna və Fələstindəki qarşıdurmaların sona çatması üçün müsbət səylərin artırılması lazım olduğunu və bu coğrafiyalarda sülhün hökm sürməsi üçün bütün region ölkələrinin çalışmasının faydalı olacağını bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice