Əsas səhifə » Ərdoğan Antoni Blinkeni qəbul edib

Ərdoğan Antoni Blinkeni qəbul edib

Tasnim İsmixan

Bakı. AzerPress:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş İstanbuldakı Prezident iqamətgahında keçirilib.

banner

Qeyd edək ki, bu gün ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda görüşüb.

Xatırladaq ki, Antoni Blinken yanvarın 5-də Türkiyəyə səfər edib. Yanvarın 6-da onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı gözlənilir.

Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda Qəzza zolağındakı vəziyyət, İsveçin NATO-ya üzvlük məsələsi, ABŞ tərəfindən Ankaraya “F-16” qırıcılarının satışı, Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması, Türkiyə-ABŞ əlaqələri, eləcə də Ərdoğanın ABŞ-yə gözlənilən səfəri müzakirə olunacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice