27
Bakı, AzerVoice
Ərəb ölkələri İsrail ordusunun Qəzza şəhərində didərgin düşmüş mülki əhalinin sığındığı məktəbə təşkil etdiyi və ən azı 100 fələstinlinin həyatını itirdiyi hücumu pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı, Livan, İraq və Qətər Xarici İşlər Nazirlikləri bəyanat yayımlayıb.
İsrailin qanun pozuntularına görə Qəzza zolağında görünməmiş humanitar fəlakətin yaşandığı bildirilərkən, beynəlxalq ictimaiyyətin bu pozuntulara görə İsraili məsuliyyət daşımadığı da pislənilib.
Məlumat üçün qeyd edək ki, qırğınların dayandırılmasının vacibliyi də vurğulanıb.
Hafiz Rufizoğlu