Əsas səhifə » Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq

Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib

“Türkiyə öz bölgəsində və bütün coğrafiyalarda sabitlik və sülhün bərqərar olmasının tərəfdarıdır.” – deyə o qeyd edib.

banner

Fidan Qahirədə keçirilən görüşdə Qəzza başda olmaqla bütün ölkələr üçün vacib olan məsələləri müzakirə etdiklərini bildirib.

“Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün birgə hərəkət etməlidir və müsəlman ölkələrinin üzərinə təbii ki, daha böyük məsuliyyət düşür. Biz Fələstinlilərin hüquqlarını müdafiə etmək üçün İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və D-8 kimi bütün platformalardan istifadə etməliyik.” – deyə Fidan qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice