Əsas səhifə » Dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha göstərdi

Dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha göstərdi

Tasnim İsmixan

Bakı. AzerVoice

Ölkə üzrə meşə yanğınları ilə mübarizədə bizə dəstək verən can Azərbaycana təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu dəfə də dünyaya nümunə olan qardaşlığımız özünü büruzə verdi. Bu qardaşlıq növbəti dəfə dünyaya nümayiş etdirildi.

AzerVoice-nin məlumatına görə, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib.

Nazir bildirib ki, İzmirin Karşıyaka Yamanlar və Urla bölgələrində baş verən yanğın nəzarətə götürülüb. Bolu Göynükdəki yanğın da gərgin əmək sərf edilərək söndürüldü. Bölgədə əsən güclü küləyə baxmayaraq, qruplarımız yanğınları nəzarət altına ala biliblər. Hazırda beş bölgədə yanğınla mübarizə davam edir. Bu bölgələrdə də alovun tezliklə nəzarət altına alınacağını düşünürəm.

banner

Yanğının baş verdiyi günlərdə Türkiyənin dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən bütün qurum və təsisatların da səfərbər olduğunu vurğulayan nazir qeyd edib: “Bu günlərdə biz heç bir siyasi ayrı-seçkilik olmadan Vətənimiz üçün birləşdik”.

Noyabrın 11-də Türkiyədə qeyd edilən milli ağacəkmə bayramını xatırladan Yumaklı hər il olduğu kimi, bu noyabrda da 500 min ting əkərək bu bölgələri yenidən yaşıllaşdıracaqlarını deyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice