Əsas səhifə » Dünya əhalisinin təxminən 10%-i hələ də acdır – İsmail Serageldin

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır – İsmail Serageldin

Narmin Ağayeva

Bakı.  VOA

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır.

 VOA xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “COP29-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.

“Dünya İqtisadi Forumunun hesablamalarına görə, ərzaq və elektrik enerjisi sektorunda ildə təxminən 1,3 trilyon dollar israf edilir. Biz onların hazırlanmasından istehlaka qədər danışırıq. Bəs, biz nə edirik?

banner

İlk öncə yer üzünə baxmalıyıq. Biz hər birimiz iqlim dəyişikliklərindən təsirlənirik. Meşələrin qırılması, torpaq eroziyası, səhralaşma buna çox mənfi təsir göstərir.

İkincisi, sudan istifadə məsələsidir. Sudan səmərəli istifadə edilməlidir. Bir çox inkişaf etməkdə olan ölkələrdə, ən yoxsul ölkələrdə, suyun təxminən 80%-i kənd təsərrüfatına gedir. Sadəcə insanlara sudan səmərəli istifadə öyrədilməli və xatırladılmalıdır.”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice