Bakı,AzerVoice
Peyğəmbərin Seyfullah (Allahın qılıncı) ləqəbini verdiyi məşhur sərkərdə və səhabə Xalid ibn Vəlid hicrətdən 35-39 il əvvəl (583-587) Məkkədə doğulmuşdur. Onun nəsli yeddinci nəsildən olan babası Mürrə də peyğəmbər ilə qohum idi.
Atası Vəlid ibn Muğirə Qureyş qəbiləsinin görkəmli şəxslərindən biri idi. Anası Lubabə əs-Suğra Əsma bint Haris həzrəti Abbasın həyat yoldaşı Ummul-Fəzl Lubabə əl-Kübra binti Haris və Peyğəmbərin zövcələrindən Meymunə binti Harisin ata tərəfdən bacısı idi.
Xalidin mənsub olduğu Qüreyş qəbiləsinin Mahzumoğulları qolu olan hilfü’l-əhlafa tabe olmaqla yanaşı, qübbəyə nəzarət (müharibə üçün pul və silahların toplandığı çadır) və süvari birliyini həm də Qureyş süvarilərinin sərkərdəsi vəzifəsini yerinə yetirirdi.
O, bu işi öz üzərinə götürdüyü üçün hərbi gücə malik idi və eyni zamanda digər Qureyş qəbilələri kimi ticarətlə də məşğul idi.
Ərəb adətlərinə uyğun olaraq Xalid də doğulduqdan sonra Məkkə ənənəsinə uyğun olaraq təmiz və sağlam bir iqlimdə böyüdülməsi üçün səhrada yaşayan bir ailəyə verilir.
Beş-altı yaşına çatanda ailəsi ilə birlikdə Məkkəyə qayıtdı. Oğlunun tərbiyəsinə böyük əhəmiyyət verən atası Xalidi bütün ərəblərin sahib olmaq istədiyi qəhrəmanlıq, cəsarət və alicənablıq kimi gözəl xislətləri olan biris kimi yetişdirmək istəyirdi.
Qəbiləsinin taveçiliyində süvari birlikləri olduğu ümün Xalid at minməyi, ox, kaman, nizə, qalxan və qılıncdan istifadə etməyi, öyrəndi.
Güclü bədən quruluşuna sahib olan Xalidin uşaq ikən həmyaşıdı olan Ömər inb Xəttabla güləşdiyi, onu məğlub etdiyi haqda bəzi rəvayətlər var.
Eyni zamanda ticarətlə də məşğul olan Xalid ibn Vəlid Qureyşin digər zəngin uşaqları kimi ticarət karvanları ilə Suriya, İraq, Mədain, Misir və Yəmənə gedib.
Xalid uşaqlığında oxuyub yazmağı öyrənmiş və müsəlman olduqdan sonra onun peyğəmbərin katiblərindən biri olmuşdur.
İllər sonra İslamı qəbul edəcək olan Xalid , İslamın cahiliyyət dövrünün adət və ənənələrini məhv edən, qəbilə qürurunu və şərəfini yox edən bir hərəkat kimi qiymətləndirirdi. Əvvəllər İslama düşmən olan Xalid Məhəmməd peyğəmbərə və ona iman gətirənlərə nifrət edərək, atası, digər qəbilə mənsubları kimi düşünür və hərəkət edirdi.
Bu düşmənçilik və mübarizəyə öncülük edən Xalidin qəbiləsi, hicrətdən sonra müsəlmanlara qarşı başlayan silahlı mübarizədə aktiv rol almışdı.
Xalidin hicrətdən on doqquz ay sonra baş tutan Bədr döyüşündə (17 Ramazan 2 / 13 mart 624-cü il ) iştirak edib-etməməsi dəqiq məlum deyil. Eyni zamanda onun Bədr savaşıba qatıldığı da bildirilməkdədir. Bədr savaşında Xalıdin qardaşı Vəlid bin Vəlid müsəlmanlara əsir düşür. Qardaşı Vəlidi azad ertmək üçün digər qardaşı Hişam ilə Mədinəyə gedən Xalid əsir qardaşının fidyəsini ödəyir və daha sonra Məkkəyə qayıdır. Lakin Mədinədə əsirlikdə ikən İslamı qəbul edən Vəlid yarı yolda Xalid və Hişamdan qaçaraq yenidən Mədinəyə qayıdır.
Bu hadisədən çox qəzəblənən Xalid Mədinəyə qayıtdı və Vəlidi zorla Məkkəyə aparıb həbs etdi. Lakin Vəlid həbsdən qaçaraq təkrar Mədinəyə qayıtdı.
Bu hadisədən sonra Peyğəmbər Məkkəni yaxşı tanıyan Vəlidi, orada əsir saxlanılan Ayyaş ibn Abu Rabia və Sələmə bin Hişamı qaçıraraq Mədinəyə göndərdi. Vəlid bu tapşırığın öhdəsindən məharətlə gələ bildi.
Xalid b. Vəlid Uhud döyüşündən (7 Şəvval 3 / 23 mart 625) başlayaraq Qureyş ordusunda süvarilərə komandanlıq etməyə başladı.
Müsəlmanların leyhinə cərəyan edən Uhud döyüşündə bəzi müsəlmanların Allah Rəsulunun qəti əmrindən çıxaraq, Ayneyn zirvəsini tərk etdiyini görən Xalid İslam ordusuna arxadan hücum etdi və müharibənin nəticəsini dəyişdirdi.
Tarixə Xəndək döyüşü adı ilə düşən savaş zamanı (5/627) Qüreyş ordusunun süvarilərinin başında olan Xalid zaman-zaman müsəlmanların qazdığı xəndəkləri keçməyə çalışırdı.
Xalid, Hudeybiyyə sülh müqaviləsindən bir il sonra ümrə üçün Məkkəyə gələn Allah Rəsulu ilə görüşmək istəmədiyinə üçün şəhəri tərk etdi.
Peyğımbərlə bir yerdə ümrəyə gələn Xalidin qardaçı Vəlid onu Məkkədə görməyincə qardaşın abir məktub yazdı.
Vəlid bu Peyğəmbrin İslamı qəbul etmədiyinə və bu dindən uzaq qalmasına görə Xalidə təəccübləndiyini yazdı. Qardaşının məktubunu oxuduqdan sonra Xalid ibn Vəlid, Osman ibn Təlhə və Əmr ibn As ilə , Səfər ayının birində ilə Mədinəyə yola düşdü. Xalid Məscid-i Nəbəvidə peyğəmbərin hüzurunda kəlimə-i şəhadət söyləməklə müsəlman oldu olan. Bunun üzərinə Allah Rəsulu dedi: “Səni doğru yola yönəldən
Allaha həmd olsun!”.
Xalid ondan günahlarının bağışlanması üçün Allaha dua etməsini istədikdə, peyğəmbər: “İslam keçmiş günahları silir” – deyə cavab vermişdi. Xalid müsəlman olduqdan sonra iştirak etdiyi ilk müharibə Mutə döyüşü oldu. Bu müharibədə Xalid İslam ordusunu Bizans ordusu tərəfindən məhv olmaqdan xilas etdi. Mədinəyə qayıdanda Rəsulullah ona “seyfullah” (Allahın qılıncı) ləqəbini verdi.
Məkkənin fəthi zamanı (20 ramazan 630-cu il) şəhərə dörd qoşun ilə daxil olan İslam ordusunun sağ qoşununun komandanı idi.
Peyğəmbər Məkkənin fəthindən sonra ətrafdakı bəzi qəbilələrə onları İslama dəvət etmək üçün səriyyələr göndərdi. Peyğəmbər Xalidi 350 nəfərlik ordunun başçısı təyin edərək Bəni Cəzimə qəbiləsinə göndərdi.
Qəbilə rəsilərinin “Biz dinimizi dəyişdik” sözlərindən qəbilə üzvlərinin müsəlman olduğuna əmin olmayan Xalid onların öldürülməsini əmr etdi.
Bu hadisədər kədərlənən Peyğəmbər “Allahım! “Xalidin etdiklərindən uzağam” dedi və Əli ibn Əbu Talibib ni Cəzimə qəbiləsinə göndərdi və öldürülən otuz nəfərin fidyəsini onlara ödədi.Peyğmbər bu hadisədə Xalidi qınasa da, onu cəzalandırmadı və komandirlik vəzifəsindən azad etmədi. Daha sonra Xalid Huneyn döyüşündə yüngül yaralandı.
Hicrətini 8-ci ildə müsəlman ordusunda ilk dəfə Bizanslılarla Mütə döyüşünə qatılır. Müsəlmanlar 3000 nəfərlik bir ordu ilə vuruşurlar. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd peyğəmbər bu təlimatları verir: “Zeyd ibn Harisəni komandir təyin etdim. Zeyd ibn Harisə şəhid olarsa, qoy Cəfər ibn Əbu Talib onu əvəz etsin, Cəfər ibn Əbu Talib şəhid olarsa, Abdullah ibn Rəvaha onu əvəz etsin oda şəhid olarsa müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin.”
Müsəlman sərkərdələri bu döyüşdə həlak olurlar və o, komandanlığı öz üzərinə götürür. Onun düzgün seçdiyi döyüş taktikası sayəsində müsəlmanlar mütəşəkkil şəkildə məğlubiyyətdən qaçır və geri çəkilməyə nail olurlar. Üstəlik Bizans ordusuna böyük itkilər verirlər.
Bir il sonra, 630-cu ildə müsəlmanlar Mədinədən irəliləyərək Məkkəni fəth etdilər. Məkkənin fəthi zamanı islam ordusu dörd fərqli ordu ilə dörd ayrı yerdən Məkkəyə daxil olur və fəth tamamlanır. Məkkəyə daxil olan müsəlmanlar heç bir müqavimətlə qarşılaşmırlar. Bircə Safvan ibn Üməyyə, Süheyl ibn Amr və İkrimə ibn Əbu Cəhllin dəstələri olan bir qrup Qureyşli Xalid ibn Vəlidin rəhbərlik etdiyi ordu ilə toqquşur. Döyüş nəticəsində 12 Qüreyşli öldürülür, müsəlmanlardan Kərz ibn Cabir və Hubeyş ibn Xalid şəhid olur. Sonrakı illərdə Huneyn və Taif mühasirələrində iştirak edir.
Xalid ibn Vəlid tarixdə döyüşdə məğlub olmayan azsaylı sərkərdələrdən biridir. Həlledici Yəmamə döyüşündəki qələbə və əl-Vələc və Yərmuq döyüşlərində istifadə edilən taktikalarla tanınır. O, heç vaxt müdafiədə oturmağı sevmirdi, düşməni təəccübləndirərək birinci zərbə endirməyə üstünlük verirdi. Onun orduları həmişə hərəkətliliyi, itiliyi və qorxmazlığı ilə seçilib.
632–633-cü illərdə xəlifə Əbu Bəkrin başladığı üsyançı qəbilələrin məğlubiyyətini tamamlayır, yalançı peyğəmbər Müseyliməni və onun bütün müttəfiqlərini məhv edilməsində böyük rol oynayır. Sonra Sasani və Bizansla döyüşlərə rəhbərlik edir.
Bizans Və Sasanilərdən ibarət olan ordu Firaz döyüşündə müsəlman ordusu tərəfindən ağır məğlubiyyətə uğradılır. Bu son müharibə ilə Mesopotamiyaya nəzarəti tamamilə ələ keçirən Xalid ibn Vəlid dincəldikdən sonra Ktesifon yolundakı bir qalanı mühasirəyə almağa gedərkən Əbu Bəkrin məktubu ilə Bizans ordularının üzərinə yürüş etmək üçün Suriya cəbhəsinə göndərilir. Xəlifə Ömər ibn Xəttab Xalidi baş komandanlıqdan azad etdiyi məktubu Yərmuqda döyüşən orduya göndərir. Məktubda Xalid baş komandan vəzifəsindən azad edilir, Əbu Übeydə ibn Cərrah isə baş komandan təyin edilir. Döyüş zamanı məktub Əbu Ubeydəyə çatır. Əbu Ubeydə bu xəbərin əsgərlərə mənəvi təsir göstərə biləcəyindən qorxaraq məktubu gizlətdir. Müharibə bitdikdən sonra Əbu Ubeydə məktubu Xalidə göstərir. Xalid incimədən əmrə tabe olur və Əbu Ubeydənin tabeliyinə girir.
Xalid b. Vəlidin xanımları və uşaqları haqqında çox az məlumat var. Onun qırxa yaxın övladının olduğu, demək olar ki, hamısının Suriyadakı vəba epidemiyasında öldüyü barədə şayiələr var. Bunlardan ən məşhuru bir çox müharibələrdə iştirak etmiş Homs valisi Əbdürrəhmandır. Xalid Hz. Peyğəmbərdən on səkkiz hədis nəql etmişdir.
Onun qılıncı Topqapı muzeyində saxlanılmaqdadır.