Bakı, AzerVoice
Amerkinın 16-cı prezidenti Abraham Lincoln seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə quldarlığı ləğv edəcəyinə söz vermişdi. O vədinə əməl edərək 4 Mart 1861-ci ildə prezident kürsüsünə oturduqdan cəmi 38 gün sonra, yəni 12 aprel 1861-ci ildə quldarlığa qarşı olan cənub vilayətlərinə müharibə elan edir. Tarixə Vətəndaş Müharibəsi kimi düşən bu qanlı mübarizə 4 il, 3 həftə və 6 gün sürər.
Müharibədə Lincoln-in başçılıq etdiyi Şimal vilayətlərinin qələbəsi nəticəsində Cənub vilayətlərində olan 4 milyon qul azadlığına qovuşur. Lakin müharibə nəticəsində təxminən 750 min insan həlak olar.
Müharibəni tez bir zamanda başa vurmaq istəyən Lincoln Rothschild ailəsindən borc pul istəyər. Ailə prezidentin xahişini müsbət qarşılasa da ənənəvi olan 24 faizlə deyil, 36 faizlə borc verə biləcəklərini söyləyir, lakin Lincoln bu təklif ilə razılaşmır.
O kongresə də bildirmədən dolların adını dəyişərək “Greenbacks” qoyur və 1862-1863 -ci illərdə 450 milyon “Greenbacks” çap edər.
9 April 1865-ci ildə başa çatan Vətəndaş Müharibəsindən cəmi 5 gün sonra, yəni 14 Aprel 1865-ci ildə Lincoln qətlə yetirilir. Onun yerinə keçən vitse-prezident Andrew Johnson “Greenbacks”-in adını yenidən dəyişərək dollar edər
Amerikanın 35-ci prezidenti John Kennedy 4 iyun 1963-cu ildə 11110 nömrəli sərəncamı ilə dolların çap edilməsini Rothchild ailəsinə məxsus olan bankdan alıb Amerikanın Mərkəzi Bankına verir. Qeyd edək ki, buna qədər Rotşildlər dolların çap edilməsini həyata keçirirdilər.
Qeyd edək ki, Kennedinin buraxdırdığı ABŞ xəzinə biletləri sonradan onun xələfi Lindon Conson tərəfindən yenidən Federal Ehtiyat Sisteminin banknotları ilə əvəzləndi.
Xatırladaq ki, Mərkəzi Bank Amerikaya aiddir. Dolları isə “Federal Reserve Bank”(FED) çap edir. Bu bankın səhmlərinin 90%-i Rothşildlərin, bir neçə faizi də Rokfellerlərindir.
Qeyd edək ki, Mərkəzi Bank FED-dən dolları 20 %-lə alır. Yəni, 100 dollarlıq əskinaz üçün 20 dollar ödəyirlər. Həmçinin Almaniyanin mərkəzi bankı olan Bank of Deutschland tamamilə Rotşildlərə məxsusdur.
Kennedi 1963-cü il noyabrın 22-də maşınında gedərkən snayper atəşi ilə baş və boyun nahiyələrindən vurularaq ödürüldü.