Əsas səhifə » COP28 qlobal temperaturun yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir – Giorgia Meloni

COP28 qlobal temperaturun yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir – Giorgia Meloni

Hafiz Rufizoglu

Bakı. AzerPress:

COP28 qlobal temperaturun 1,5 dərəcədən yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir.

AzerPress xəbər verir ki, bunu İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.

“Optimizm üçün əsaslar olsa da, hədəf əvvəlki kimi uzaqdır. COP28 dönüş nöqtəsi olmalıdır və biz aydın istiqamət götürməliyik. İtaliya dekarbonizasiya prosesinə öz töhfəsini verir və bunu praqmatik şəkildə edir. Bu o deməkdir ki, biz texnoloji cəhətdən neytral, lazımsız radikallıqdan azad yanaşma ilə hərəkət edirik”, – deyə Meloni qeyd edib.

banner

Onun sözlərinə görə, ideoloji deyil, ekoloji keçidə çalışmaq lazımdır.

“Biz tədricən kömür enerjisini bərpa olunan enerji mənbələri ilə əvəz edirik. Enerji və iqlim üzrə yeni plan qəbul etmişik. Məqsəd tullantıların 2030-cu ilədək ən azı 55 faiz azaldılmasından ibarətdir. Biz həmçinin vətənimizdə və Aralıq dənizində lazımi infrastrukturu və generasiyaedici imkanları inkişaf etdirməklə təmiz enerji sahəsində strateji müttəfiq olmaq istiqamətində çalışırıq. Yeni itki və zərər fonduna 100 milyon avro töhfə verəcəyik və bütün bu prioritetlər həmçinin İtaliyanın 2024-cü ildə “G7” (“Böyük Yeddilik”) sədrliyinin əsasını təşkil edəcək”, – deyə o əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice