Əsas səhifə » Çin hava yolu şirkəti İstanbul Hava Limanından uçuşlara başlayacaq

Çin hava yolu şirkəti İstanbul Hava Limanından uçuşlara başlayacaq

Laman Asadli

Bakı. AzerPress:

İstanbul Hava Limanının xidmət göstərəcəyi 100-cü hava yolu şirkəti Çinin “Air China” aviaşirkəti olacaq.

AzerPress xəbər verir ki, hava yolu şirkəti olan Air China-nın ilkin olaraq Pekindən İstanbula gediş-gəliş uçuşu təşkil edəcəyi gözlənilir.

Məlumata əsasən, uçuşların qısa zamanda həyata keçiriləcəyi bildirilib.

banner

Qeyd edək ki, İstanbul Hava Limanının xidmət göstərdiyi 99-cu şirkət Taylandın Thai Airways aviaşirkəti olub.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice