Əsas səhifə » Çin ABŞ-ı münasibətləri sabitləşdirmək üçün ciddi addımlar atmağa çağırır

Çin ABŞ-ı münasibətləri sabitləşdirmək üçün ciddi addımlar atmağa çağırır

Tasnim İsmixan

Bakı. AzerPress:

Çin prezidenti Si Cinpin ABŞ administrasiyasını Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etmək üçün ciddi tədbirlər görməyə çağırıb.

AzerPress TASS-a istinadən xəbər verir ki, Çin lideri və ABŞ prezidenti Co Bayden iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 45-ci ildönümü ilə əlaqədar mesaj mübadiləsi aparıblar.

O, APEC sammiti çərçivəsində San-Fransiskoda ABŞ prezidenti ilə görüşün əhəmiyyətini xüsusilə vurğulayıb.

banner

Si Cinpin vurğulayıb ki, o, ABŞ prezidenti ilə birlikdə Çin-ABŞ münasibətlərinə rəhbərlik etməyə, Çin və ABŞ-a, eləcə də iki ölkənin xalqına fayda vermək, dünya sülhü və inkişafı işini davam etdirmək üçün işləməyə hazırdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice