Əsas səhifə » Çin 2024-cü ildə ilk peyklərin buraxılışını uğurla həyata keçirib

Çin 2024-cü ildə ilk peyklərin buraxılışını uğurla həyata keçirib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

“ExPace Technology” şirkəti Çinin 2024-cü ildə ilk peyklərin kosmosa buraxılışını həyata keçirib.

AzerPress-in məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) məlumat yayıb.

Bildirilib ki, “Tianmu-1” qrupunun dörd meteoroloji peykinin orbitə buraxılması uğurlu olub.

banner

Qeyd olunub ki, “Kuayçjou-1A” raketinin ölkənin şimalındakı Tsutsuan kosmodromundan buraxılışı yerli vaxtla saat 19:20-də həyata keçirilib və bu seriyanın daşıyıcıları üçün ardıcıl 25-ci oldu.

Kosmosa buraxılan “Tianmu-1” peykləri (15, 16, 17 və 18 nömrələri) meteoroloji məlumat xidmətlərinin təmin edilməsində kommersiya məqsədləri üçün istifadə ediləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice