Əsas səhifə » Çilidə mis mədənində işçilər tətilə başlayıblar

Çilidə mis mədənində işçilər tətilə başlayıblar

Yamin Savalanli

Bakı, AzerVoice

Çilinin şimalındakı Escondida mis mədənində işçilər iş şəraitinin yaxşılaşdırılması üçün BHP Billiton ilə razılığa gələ bilmədikləri üçün tətilə başlayıblar.

AzerVoice-un məlumatına görə, müəssisənin 2800 əməkdaşını birləşdirən həmkarlar ittifaqı əmək müqavilələrinin şərtlərinin təkmilləşdirilməsi üzrə danışıqlardan sonra Escondida-ya nəzarət edən şirkətin son təklifini rədd edib. Tətilçilər dünya bazarında misin qiymətinin artması fonunda maaşların artırılmasını tələb edirlər.

Tətilin bitmə tarixi hələ müəyyən edilməyib. Həmkarlar ittifaqı rəhbərliyi xəbərdarlıq edib ki, “uzunmüddətli tətil” ehtimalını nəzərdən keçirir.

banner

Escondida qlobal mis istehsalının təxminən 5%-ni təşkil edir. 2017-ci ildə mədən işçilərinin tətili 44 gün davam etdi və bu, bu metalın dünya qiymətinin artmasına səbəb oldu.

Digər Kateqoriyalar

2023 © AzerVoice