Bakı,AzerVoice
Adının açıqlanmasını istəməyən türk rəsmisi Çin avtomobil istehsalçısı Chery-nin Türkiyəyə investisiyası ilə bağlı danışıqların son mərhələdə olduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, məmur, avtomobil zavodu qurmaq üçün danışıqlar aparan Chery-nin istehsal etmək üçün hansı miqyasda və ya hansı məhsullara sərmayə qoyacağı ilə bağlı məlumat verməyib.
Chery İnternational-ın prezidenti Zhang Guibing həftə sonu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və sənaye naziri Fatih Kacır ilə görüşüb.
Hazırda 2 milyon ticari və minik avtomobili istehsal gücü ilə Avropanın əsas avtomobil istehsalçılarından biri olan Türkiyə, bir müddətdir ki, xaricdə istehsal müəssisələri qurmaq istəyən Çinli avtomobil istehsalçıları ilə danışıqlar aparır.
Çin rəhbərliyi ölkələrindən, Türkiyəyə edilən və edilməsi planlaşdırılan investisiyaların problemsiz davam etdiyi bildirilib.
Qeyd edək ki, Çinli avtomobil istehsalçısı BYD iyul ayında Türkiyədə bir milyard dollarlıq sərmayə ilə illik 150 min avtomobil istehsal gücünə malik avtomobil fabriki quracağını açıqlamışdı.