Əsas səhifə » Ceyhun Bayramov Fransa səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsindən danışdı

Ceyhun Bayramov Fransa səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsindən danışdı

Aytac Suleymanova

Bakı. AzerPress:

Fransa səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib.

AzerPress-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Burada bir məqam var ki, iki il öncə Fransa səfirliyinə nota göndərilib və həmin şəxslərlə bağlı Azərbaycan Dövlət Orqanlarında ciddi faktlar olduğu bildirilib. Fransa ötən gün heç bir səbəb gətirmədən bizim səfirliyimizin iki əməkdaşını azruolunmaz şəxs elan edib. Bizim etdiyimizlə onların etdiyi arasında fərq var. Biz konkret olaraq faktlarla danışırıq, hansı ki Fransa bu faktların araşdırılmasından imtina edirdi” ,- deyə nazir bildirib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice