Əsas səhifə » BYD Türkiyə avtomobil sektoruna sərmayə qoyacaq

BYD Türkiyə avtomobil sektoruna sərmayə qoyacaq

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan Çinin BYD şirkəti ilə Türkiyə Sənaye və Texnologiya Nazirliyi arasında bir milyard dollarlıq investisiya müqaviləsi imzalanıb.

AzerVoice xəbər verir ki, BYD, elektrikli avtomobil satışında dünyada birinci yer uğrunda İlon Maskın Tesla şirkəti ilə rəqabət aparır.

Qeyd edək ki, şirkət ildə 150 min avtomobil istehsal edən yeni zavod inşa edəcək.

banner

Şirkət 2023-cü ilin sonunda dünyanın ən çox satılan elektrikli avtomobil şirkəti olub. ABŞ nəhəngi bu titulu aprelin əvvəlində yenidən qazanıb.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı iyulun 4-də Çində istehsal olunan elektromobillərə əlavə vergilər tətbiq etdiyini açıqlayıb.

Türkiyə isə iyun ayında Çində istehsal olunan avtomobillərə əlavə 40 faiz gömrük rüsumu tətbiq edib. Rəcəb Tayyib Ərdoğanın iyulun 5-də dərc etdiyi qərar çərçivəsində ölkəyə sərmayə qoyanlar bu vergidən azad edilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice