Əsas səhifə » Bu gün 93 mindən çox uşağın məktəbəhazırlıq qruplarında tədrisinə başlanılıb

Bu gün 93 mindən çox uşağın məktəbəhazırlıq qruplarında tədrisinə başlanılıb

Naile Babazade

Bakı, AzerVoice

Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 11-dən bu günə qədər ümumilikdə 93 mindən çox uşaq elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına qəbul edilib.

Qeyd edilib ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.

banner

Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.

Digər Kateqoriyalar

2023 © AzerVoice