Əsas səhifə » Britaniyanın Qəzzaya yardım edib həm də İsrailə silah satması əxlaqi olaraq ziddiyyətdir

Britaniyanın Qəzzaya yardım edib həm də İsrailə silah satması əxlaqi olaraq ziddiyyətdir

Yamin Savalanli

Bakı, VOA 

Oxfam beynəlxalq yardım təşkilatının Böyük Britaniya üzrə rəhbəri Halima Begum Britaniyanın Qəzzaya humanitar yardım göndərib sülh çağırışı etməsi ilə yanaşı İsrailə silah satışını davam etdirməsini “əxlaqi cəhətdən ziddiyyət ” adlandırıb.

VOA xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetinə müsahibə verən Begum deyib ki, Oxfam İsrailə silah satmaqda davam edən Britaniyaya qarşı açılmış bir məhkəmə işində iştirak edir.

Bir müddət əvvəl İsrail və İordan çayının qərb sahilində bəzi rəsmilərlə təmasda olan Begüm İngiltərənin İsrailə silah satışı ilə bağlı mövqeyini anlaya bilmədiklərini ifadə edərək, “Satılan malların bütöv silah yoxsa silah komponentləri olduğunu söyləməyiniz çox mübahisəli bir məsələdir. Fərdi komponentlər çox sayda günahsız insanı öldürə biləcək silahların istehsalında istifadə edilir. Britaniya bu silah satışlarını dayandırmalıdır. Hökumət eyni anda həm humanitar yardım və bölgədə sülh çağrışları edib həm də bonba göndərə bilməz. Bu intelektual və əxlaqi olaraq ziddiyyət təşkil edir” – deyə o qeyd edib.

İsrailə silah satışının dayandırılması ilə bağlı qəbul edilmiş qanunların işlək olmadığını vurğulayan Begüm, “Silahların minlərlə günahsız uşağı və ailəni öldürəcəyini bilə-bilə silah satışı hələ də niyə davam edir?” – deyə əlavə edib.

banner

Begüm Qəzzaya girə bilməsə də, təxliyə edilən Oxfam işçiləri vasitəsilə bölgədəki humanitar böhranın şahidi olduğunu bildirib.

İngiltərə və ABŞ-ın keçmişdə İsrailə silah satışını dayandırdığını xatırladan Begüm, “(Keçmiş baş nazir) Marqaret Tetçer Livan müharibəsi zamanı İsrailə silah satışını dayandırmışdı. (ABŞ Prezidenti) Ronald Reyqan da 1982-ci ildə kaset sursatlarından ibarət silah ixracını dayandırmışdı. O, 12 avqustda parça-parça olmuş fələstinli uşaqların fotoşəkillərindən təsirləndiyini və İsrailin o zamankı baş naziri Manachem Beginə “Gələcəkdəki bütün əlaqələrim bundan asılıdır” dediyi söylənilir ” – sözləri ilə məsələni əsaslandırmağa çalışıb.

Britaniyaya görə, İsrailə satılan silahlar bu ölkənin silah idxalının bir faizindən azdır. Britaniya Xarici İşlər Nazirliyi isə Ticarət Departamentinin hazırladığı hüquqi rəy əsasında silah satışını nəzərdən keçirir. Qeyd edək ki, Oktyabrın 7-də İsrailin Qəzzaya hücumlarının başladığı gündən bu yana iki araşdırma həyata keçirən nazirlik silah və hərbi texnika satışını dayandırmaqdan imtina edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice