Bakı, AzerVoice
ABŞ-ın qlobal aviasiya şirkəti Boeing, təxminən 33 min işçinin tətili ilə üzləşməmək üçün həmkarlar ittifaqı ilə müvəqqəti razılaşma əldə edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ mətbuatında çıxan xəbərlərdə qeyd edilib.
Məlumata görə, əmək haqqı, sağlamlıq xidmətləri və əməyin mühafizəsi ilə bağlı danışıqlar zamanı Boeing ilə təxminən 33 min üzvü olan Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Həmkarlar İttifaqı arasında müvəqqəti müqavilə imzalanıb.
Razılaşmaya görə, 4 illik müqavilə çərçivəsində işçilərin maaşları 33 faiz artacaq. Bu, ittifaqın danışıqlar zamanı tələb etdiyi 40 faizdən də azdır.
İşçilər sentyabrın 12-də Vaşinqtonda və Cənubi Karolinada Boeing ilə həmkarlar ittifaqı arasında əldə edilmiş ilkin razılaşmaya səs verəcəklər.
Hafiz Rufizoğlu