Əsas səhifə » BMT baş katibi Livanda təcili atəşkəsə çağırıb

BMT baş katibi Livanda təcili atəşkəsə çağırıb

Tasnim İsmixan

Bakı. AzerVoice

BMT Baş katibi Antonio Quterreş Livandakı münaqişənin eskalasiyasından narahatdır və tərəfləri təcili atəşkəsə çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarriçin bəyanatında deyilir.

Bildirilib ki, nəyin bahasına olursa-olsun, Livanda genişmiqyaslı müharibədən çəkinmək lazımdır.

banner

S.Dujarriç bildirib ki, Antonio Quterreş Livanın baş naziri Nacib Mikati ilə telefonla danışıb və BMT-nin Livandakı sistemi ölkə daxilində kömək etmək üçün səfərbər edilib.

“Baş katib təmasları davam etdirəcək və onun ərazidəki nümayəndələri vəziyyətin deeskalasiyası üçün səylərini davam etdirəcəklər”, – bəyanatda bildirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice