Əsas səhifə » Blinken Türkiyəyə səfər edəcək

Blinken Türkiyəyə səfər edəcək

Laman Asadli

Bakı. AzerPress:

ABŞ xarici işlər naziri Entoni Blinken 6 yanvar tarixində Türkiyəyə rəsmi səfər edəcək.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan bildirib.

H.Fidan onu da qeyd edib ki, beynəlxalq ictimaiyyətin İsrail-Fələstin münaqişəsinin qarşısını almaq üçün heç bir səy göstərməməsi sistem üçün ciddi qırılma nöqtəsi olub.

banner

“Regionda qüvvələr nisbəti dəyişməyə başladıqca, siyasi münasibətlər də dəyişəcək. Bu, həmin regionda ABŞ və İsrailin ən yaxın dostu hesab edilən ölkələrə də aiddir. ABŞ və ya bəzi Qərb dövlətlərinin İsrailə qeyd-şərtsiz dəstək verməsi ciddi problemdir. Qəzzada baş verənlər Qərbin və avropalıların birdən-birə bütün reputasiyalarını itirməsinə səbəb oldu. Bunu geri qaytarmaq onlar üçün asan olmayacaq. Onlar Ukrayna-Rusiya məsələsindəki mövqeyinin əksinə olaraq, Qəzzada riyakarlıqlarını nümayiş etdirdilər”, – deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 22 min 185-ə çatıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice