Əsas səhifə » BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar ayıracaq

BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar ayıracaq

Tasnim İsmixan

Bakı. AzerPress:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq.

AzerPress-in məlumatına görə, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının sədrliyi bildirib.

“BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar yeni maliyyə ayırdığını elan edir”, – deyə qeyd olunub. Sədrliyin qeyd edib ki, vəsait ən həssas ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.

banner

Bundan əlavə, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar baziri, COP28-in sədri Sultan bin Əhməd Əl Cabir bildirib ki, BƏƏ metan tullantılarının azaldılması və səmt neft qazının məşəldə yandırılması layihələrini maliyyələşdirən Dünya Bankının Etimad Fonduna 100 milyon dollar vəsait ayırıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice