Əsas səhifə » Bakı sakinləri Rusiya səfirliyini ziyarət edib, gül dəstələri gətirirlər

Bakı sakinləri Rusiya səfirliyini ziyarət edib, gül dəstələri gətirirlər

Fərid Mikayilov

Bakı. AzerVoice:

Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri gətirməyə başlayıblar.

AzerVoice xəbər verir ki, insanlar martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunda həlak olanları yad edirlər, onların yaxınlarına dəstək olduqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice