Əsas səhifə » Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub – ICA Events Group

Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub – ICA Events Group

Narmin Ağayeva

Bakı. AzerVoice  :

Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub

AzerVoice  xəbər verir ki, bu barədə bu gün “ICA Events Group”un Direktorlar Şurasının müşaviri Stefan Murtaq (Stephan Murtagh) 29-cu Bakı Enerji Forumunun açılış mərasimində deyib.

“Bakı Enerji Həftəsi sənaye nümayəndələrinin böyük marağına səbəb olub. Bu sahədəki bir çox şirkətin inkişafı xüsusən xoşdur və bugünkü forum bunu təsdiqləyir. Bu, hamının sessiyalardan zövq alması, ünsiyyət qurması və təcrübə mübadiləsi aparması üçün əla fürsətdir. Dünən Bakı Enerji Həftəsi başladı və sahə üzrə aparıcı şəxslər tərəfindən həqiqətən maraqlı bir çox açıqlama verildi. Bugünkü forumda müxtəlif sektorlardan və enerji dünyasının müxtəlif regionlarından aparıcı məruzəçilər çıxış edəcək. Bugünkü moderatorların irəli sürəcəyi çoxsaylı ideyaları səbirsizliklə gözləyirəm. Deyiləcək bir şey qalır: foruma xoş gəlmişsiniz və sessiyalardan zövq alın”, – o deyib.

Qeyd edək ki, forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

banner

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice