Əsas səhifə » Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edilib

Tasnim İsmixan

Bakı. AzerPress:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət Ekspres sürət qatarını əlavə reysə cəlb edib.

Bu barədə AzerPress ADY-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.

banner

“Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, – məlumatda qeyd edilib

Digər Kateqoriyalar

2023 © AzerVoice