Əsas səhifə » Badmintonçularımız Novı Saddan 4 medalla qayıdıb

Badmintonçularımız Novı Saddan 4 medalla qayıdıb

Tasnim İsmixan

Bakı. VOA

Novı Sad şəhərində yeniyetmə badmintonçular “Serbian Youth International 2024” turniri keçirilib.

VOA İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib. Həlledici görüşdə 3 setin yekununda Kipr badmintonçusuna qalib gələn Mələk Təhməzli qızıl medal qazanıb.

banner

Ömər Teymurlu 13 yaşadək oğlan bamdintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib. Bu kateqoriyada 4 qələbə qazanan Ömər finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb. Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib. Bamdintonçularımız qızıl medalın bir addımlığında Macarıstan badmintonçularına uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Qeyd edək ki, il ərzində mütəmadi olaraq bir neçə beynəlxalq turnirdə iştirak edən yeniyetmə badmintonçularımız 2022-ci ildən ənənəvi olaraq keçirilən “Serbian Youth International” turnirinə geniş heyətlə qatılır. 2 il öncə turnirdə bürünc medal qazanan yeniyetmə badmintonçularımız, 2023-cü ildə “Serbian Youth International” turnirində 1 gümüş və 2 bürünc medalla fərqlənib.

Digər Kateqoriyalar

2023 © AzerVoice