Əsas səhifə » Türk Hava Yolları xidmət sektorunda liderliyini qoruyur

Türk Hava Yolları xidmət sektorunda liderliyini qoruyur

Bakı, AzerVoice

Türk Hava Yolları (THY), "6-cı Xidmət İxrac Çempionları Mükafatları" mərasimində "Sərnişin Daşıma Xidmətləri" kateqoriyasında birinci yerə layiq görülüb.

AzerVoice xəbər verir ki, THY-nin Mətbuat Məsləhətçiliyindən verilən məlumata əsasən, Xidmət İxracatçıları Birliyinin təşkil etdiyi mərasimdə 18 müxtəlif kateqoriya üzrə ümumilikdə 54 mükafat təqdim edilib. THY isə "Sərnişin Daşıma Xidmətləri" üzrə liderliyini bir daha təsdiqləyib.

Mükafatla bağlı açıqlama verən THY İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat, Türkiyənin xidmət ixracında lider mövqeyini qorumaqdan qürur duyduqlarını bildirib. O, həmçinin vurğulayıb ki, THY Türkiyəni qlobal arenada uğurla təmsil etməyə davam edir.

"Türkiyənin iqtisadi inkişafının mühüm göstəricilərindən biri olan xidmət ixracı sahəsində 2024-cü il hədəflərimizi aşmağımız, əməkdaşlarımızın yorulmaz səyi və sərnişinlərimizin bizə göstərdiyi etimadın nəticəsidir. Bu uğuru gələcəkdə də davam etdirəcəyik," - deyə Bolat qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice