Bakı, AzerVoice
Türkiyədə 23 vilayətdə narkotik istehsalçılarına və zəhər tacirlərinə qarşı “NARKOÇELİK-49” əməliyyatı keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında paylaşıb.
“İstanbulda jandarma tərəfindən ələ keçirilən 34 milyon 270 min narkotik həb bir anda jandarm tərəfindən ələ keçirilən ən çox narkotik həb olub.
Jandarma tərəfindən narkotik istehsalçılarına və zəhər
tacirlərinə qarşı təşkil edilən "NARKOÇELİK-49" əməliyyatlarında 23
vilayətdə; 1 Ton 756 Kq Narkotik Maddə,
995 min ədəd sirr kökü/skunk kökü və 34 milyon 617 min 835 ədəd
narkotik həb (ümumilikdə 23 əyalətdə ələ keçirilib) ələ keçirilib.
58 şübhəli zəhər alverçisi tutulub, onlardan 40-ı həbs edilib, 4-ü
barəsində isə məhkəmə nəzarəti qərarı verilib.”- deyə açıqlamısanda
bildirib.
"Jandarmanın İstanbul'da ele geçirdiği 34 Milyon 270 Bin uyuşturucu hap, jandarmanın bir seferde ele geçirdiği en yüksek uyuşturucu hap miktarı oldu"
— Ali Yerlikaya (@AliYerlikaya) November 21, 2024
23 İlde Uyuşturucu Madde İmalatçılarına ve zehir tacirlerine yönelik Jandarma tarafından düzenlenen "NARKOÇELİK-49"… pic.twitter.com/9R5QjMKFKO