Bakı,AzerVoice
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin tərafdaşlığı ilə “İdeyanı Reallaşdır” qrant müsabiqəsi çərçivəsində “Gənc İqtisadçılar” layihəsi həyata keçirilib.
AzerVoice xəbər verir ki, üç müxtəlif ali təhsil müəssisəsində təqdimatı olan layihə ümumilikdə 200-dən artıq gənci əhatə edib.
Layihənin növbəti mərhələsində müsahibəni uğurla keçən 60 gənc üçün ümumilikdə 6 təlim keçirilib. Təlimlər 23 oktaybr tarixindən başlayaraq 3 noyabr tarixini əhatə edib.
Təlimlər gələcəyin gənc iqtisadçılarının bilik və bacarıqlarının bu yöndə artırılması olub. "Maliyyə idarəetməsi və büdcə planlaşdırması" və “Təqdimat bacarıqları” adlı təlimlərdə iştirak edərək daha sonra test imtahanı vasitəsilə yüksək nəticə əldə edən gənclər fərqləndirici sertifikatla təltif olunub.
Layihənin məqsədi gənclərin maliyyə savadlılığının, iqtisadi biliklərinin artırılmasına şəraitin yaradılması, uçot və idarəetmə üzrə kadr hazırlığı sahələrində fəal əlaqələrin təmin edilməsi və gənclərin özünü ifadə qabiliyyətini artırmaqdan ibarətdir. Modul tipli təlimlərin məqsədi ənənəvi təlimin alternativi kimi meydana gəlib və mövcud olan qabaqcıl pedaqoji nəzəriyyə və təcrübələri əhatə edir. Modul yanaşma əmək bazarında bilik və bacarıqlara olan faktiki tələbi nəzərə alır.