Bakı, AzerVoice
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Ər-Riyadda İsveç baş nazirinin ofisində dövlət naziri Yohan Stüartla görüşüb.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, onlar ölkələri
arasında münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi
yollarını, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.
Müzakirələrdə iştirak edən digər Səudiyyə rəsmiləri arasında
Krallığın silahlı qüvvələrinin baş qərargah rəisi general-leytenant
Fəyyad Əl-Ruvayli və müdafiə nazirinin ofisinin baş direktoru Hişam
bin Əbdüləziz bin Saif də olub.
İsveçli naziri səfərdə İsveçin Ər-Riyaddakı səfirliyinin müvəqqəti
işlər vəkili Byorn Kalvakov və İsveç Xarici İşlər Nazirliyinin
Yaxın Şərq və Şimali Afrika departamentinin rəis müavini Sofi
Bekerin də daxil olduğu nümayəndə heyəti müşayiət edib.