Bakı, AzerVoice
Səudiyyə Ərəbistanının KSrelief yardım agentliyi Livan və Somalidəki köçkünlərə qış geyimləri paylayıb. AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Livanın Akkar Qubernatorluğunda kimsəsiz və xüsusi ehtiyacı olan uşaqlar öncədən təyin edilmiş təsdiq edilmiş mağazalardan qış paltarları almaq üçün çeklər aldılar.
Yardım edilınlər arasında suriyalı qaçqınlar və ev sahibi icmanın həssas üzvləri də var.
KSrelief Somalidə 920 sığınacaq dəsti, 80 çadır və 1000 geyim dəsti, ərazidə 7600 sığınacaq və geyim dəsti və 215 çadır təmin etməyi hədəfləyən bir layihə çərçivəsində Banaadir bölgəsindəki bir neçə düşərgədə 6000 köçkünə yardın edib.
Hər iki təşəbbüs KSrelief tərəfindən bütün dünyada ehtiyacı olan ölkələrə və insanlara göstərilən davamlı humanitar yardımın bir hissəsidir.