Əsas səhifə » Türkiyədən ABŞ-yə dəri məhsulları ixracı artıb (ÖZƏL)

Türkiyədən ABŞ-yə dəri məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən ABŞ-yə dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq, 62 milyon 802 min 19 dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyədən ABŞ-yə 9 milyon 473 min 22 dollar məbləğində dəri məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 15 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 1 milyard 300 milyon 182 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 132 milyon 738 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 1 milyard 539 milyon 555 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice