Əsas səhifə » Azərbaycanla İordaniya arasında müdafiə sahəsində saziş təsdiq edilib

Azərbaycanla İordaniya arasında müdafiə sahəsində saziş təsdiq edilib

Narmin Ağayeva

Bakı. VOA

Azərbaycanla İordaniya arasında müdafiə sahəsində saziş təsdiq edilib.

VOA-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar sənədin iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

banner

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice