Əsas səhifə » Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək – SƏRƏNCAM

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək – SƏRƏNCAM

Laman Asadli

Bakı. AzerPress:

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.

AzerPress xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Digər Kateqoriyalar

2023 © AzerVoice