Əsas səhifə » Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Azərbaycan Xarici İşlər Nazirliyi Kirman əyalətində baş vermiş iki partlayış nəticəsində həlak olanlarla bağlı İrana başsağlığı verib.

“İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayırıq.

Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – deyə nazirliyin X sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

banner

Qeyd edək ki, bu gün İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

Partlayışlar nəticəsində azı 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

İranlı general Qassem Soleimani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.

Digər Kateqoriyalar

2023 © AzerVoice