Bakı, AzerVoice
Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Konkisürmə Birliyinə (ISU) yeniyetmələr arasında Qran-pri yarışının 2025-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı ünvanladığı müraciəti müsbət qarşılanıb.
AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, federasiyanın təqdim etdiyi sənədlərin ətraflı müzakirəsindən sonra ISU tərəfindən 2025-ci il 24-27 sentyabr tarixlərində yarışın Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib.
Qran-priyə 20-dən artıq ölkənin 150-ə yaxın idmançısının qatılacağı gözlənilir.
Qeyd edək ki, irimiqyaslı idman yarışı Azərbaycanın fiqurlu konkisürmə tarixdə ilk dəfə olaraq keçiriləcək. Sözügedən yarışın təşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən ölkəmizdə fiqurlu konkisürmə üzrə dünya çempionatının keçirilməsi üçün müraciət edilməsi də nəzərdə tutulur.